Namizədliyi qeydə alınanların sayı 359 nəfərdir

Namizədliyi qeydə alınanların sayı 359 nəfərdir

İndiyə kimi 125 seçki dairəsi üzrə 1399 nəfərin namizədliyi təsdiq edilib. SİA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

 

M.Pənahov namizədliyi təsdiqlənən şəxslərdən 1355 nəfərin dairə seçki komissiyalarından imza vərəqələri götürdüyünü deyib. O, qeyd edib ki, 634 nəfər imza vərəqələrini geri qaytarıb. Namizədliyi qeydə alınanların sayı isə 359 nəfərdir. M.Pənahov qeydə alınan namizədlərin 21 partiyanın irəli sürdüyünü diqqətə çatdırıb.

 

Seçkiləri müşahidə aparmaq istəyənlərini qeydiyyatının da davam etdiyini söyləyən MSK sədri indiyə kimi bütün ölkə ərazisində 944 nəfərin seçkiləri müşahidə aparmaq üçün müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını qeyd edib. M.Pənahov konkret seçki dairələrində müşahidə aparmaq üçün isə 2700 nəfərin qeydə alındığını diqqətə çatdırıb. MSK sədri qeyd edib ki, onların 666-ı müşahidəçi olaraq qeydə alınmaq üçün öz təşəbbüsü ilə, 1684 nəfərinin qeydiyyatı üçün isə siyasi partiyalar və siyasi bloklar tərəfindən müraciət edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə