YAP Yasamal rayon təşkilatında tələbələrlə görüş keçirildi

Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında builki qəbul imtahanlarında yüksək bal toplayan tələbələrlə görüş keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki, bugünkü görüş əlamətdar bir gündə Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi ərəfəsində təşkil olunub. Rayon təşkilat sədri bildirdi ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə ictimai-siyasi hadisələrin çox gərgin olduğu bir zamanda yaradılıb:«Cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu. Bu səbəbdən də Heydər Əliyevin rəhbərliyi altında yeni siyasi partiya yaratmaq istəyi ilə 1992-ci ilin oktyabrında ziyalılar mətbuatda ona müraciət ünvanladılar. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi. Konfransda Azərbaycanın əksər bölgələrindən cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndə iştirak edirdi. Beləliklə, Azərbaycanın ictimai-siyasi səhnəsinə cəmiyyətdəki qüvvələr nisbətini və bundan sonra ölkədə baş verəcək hadisələrin axarını köklü və konstruktiv surətdə dəyişən partiya meydana çıxdı».

T.Əhmədov bildirdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan inkişaf yolu ilə addımlamağa başladı, ölkəmizdə çox ciddi islahatlar aparıldı. Bütün xoşagəlməz halların qarşısı alındı, sabitlik bərpa edildi, vətəndaş müharibəsinə son qoyuldu. Azərbaycan dünya birliyinə inteqrasiya etməyə başladı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya nəzər salaraq qeyd etdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər: "Hər bir ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Əgər cəmiyyətdə inkişaf mövcuddursa, deməli, o cəmiyyətdə gənclərdə də inkişaf prosesi sürətlə gedir, intellektual, mənəvi və fiziki anlamda sağlam olacaqlar". O, gənclərə bəzi tövsiyələrini verərək onlara uğurlar arzuladı.

Sonra yükək bal toplayan və ali təhil müəssisələrinə qəbul olan tələbələrə hədiyyələr təqdim olundu.

Tədbirdə çıxış edən BDU-nun tələbəsi Səidə İsmayılova bu diqqətə görə minnətdarlığını bildirdi. O, gənclərimizə dövlət təfirindən böyük qayğı göstərildiyin vurğulayaraq, yaradılan əlverişli mühitin onların yüksək nəticə əldə etməsinə səbəb olduğunu bildirdi. Qazanılan uğurlar bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi, məsuliyyəti dərk edir. Azərbaycan gəncliyi sürətli inkişafa meyllidir. Bu reallıqların əsasında dayanan dövlətin gənclər siyasəti,

onlara maddi və mənəvi cəhətdən göstərdiyi qayğıdır. Azərbaycanın durmadan inkişafı, dünya dövlətlərinə inteqrasiya prosesinin sürətlənməsi, iqtisadi yüksəliş kimi nailiyyətlər gəncliyin qarşısında prespektivlər açmaqla yanaşı, onları stimullaşdırır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə