YAP ürəyi vətən sevgisi ilə dolu olan hər kəsin partiyasıdır

YAP ürəyi vətən sevgisi ilə dolu olan hər kəsin partiyasıdır

YAP Yasamal rayon təşkilatının Moskva prospekti - 67 ərazi ilk partiya təşkilatı Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyi münasibətilə tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan ərazi ilk partiya təşkilatının sədri Heydər Abbasov partiyanın keçdiyi yola qısa nəzər salıb.

Bildirib ki, hakim partiya Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ağır sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb. H.Abbasov yarandığı vaxtdan ölkənin ictimai-siyasi həyatına həlledici təsir göstərən hakim partiyanın qurucusunun dünya miqyaslı siyasətçi, Azərbaycan xalqının inandığı və sevdiyi dahi bir Şəxsiyyətin olmasının bu prosesdə mühüm və əhəmiyyətli rol oynadığını vurğulayıb.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində yaradılan, ölkəmizin sağlam və mütərəqqi qüvvələrini öz sıralarında birləşdirərək cəmiyyətdə aparıcı mövqe tutan, nüfuzlu və qüdrətli ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının 25 ildə keçdiyi çətin və şərəfli mübarizə tarixindən danışıb. Yeni Azərbaycan Partiyasının ümummilli partiya olduğunu, bu gün bu şərəfin və qürurun hər kəs tərəfindən yaşandığını qeyd edib. YAP-ın təkcə partiya üzvlərinin deyil, həm də qəlbi hər zaman vətənə sədaqət və sevgi ilə dolu olan hər kəsin partiyası olduğunu bildirib. Bu gün Azərbaycanın həyatın bütün sferalarında əldə etdiyi nailiyyətələrə nəzər salan rayon təşkilatının sədri qeyd edib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs və partiyamızın Sədri, Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi inkişaf siyasəti xalqımızın partiyamıza etimadının əsas təməlini təşkil edir.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunan şəxslərə partiya üzvlük vəsiqələri təqdim olunub.

NƏZAKƏT

Bütün xəbərlər Facebook səhifəmizdə