Təqsirləndirilən şəxsin əmisioğlu: “Faiqin anası o zaman namaz üstündə olub ki, o qədər bıçaq xəsarətindən sonra sağ qalıb” - REPORTAJ
Əvvəlcə Rüfət Məlikovun evinə getdik. Ancaq evdə heç kimi tapa bilmədik. Aldığımız məlumata görə, təqsirləndirilən şəxsin atası dünyasını çoxdan dəyişib. Evdə Rüfətdən əlavə 2 qardaşı var. Anası da bağda idi. Bir neçə gün öncə xalq artisti Faiq Ağayevə qarşı törədilən hadisə haqqında təqsirləndirilən şəxsin əmisi oğlu (adının açıqlanmasını istəmədi) SİA-ya söyləyib ki, bütün günahlar Faiqin özündədir: "Bizim küçənin dar olması səbəbindən Rüfətin ona yol verməsi mümkünsüz idi. Xalq artistinin tez-tez dayanmadan siqnal verməsi əmim oğlunun maşını kənara çəkilməsinə gətirib çıxardı. Maşını saxlayan Faiq Ağayev Rüfətə qarşı nəlayiq söyüşlər işlətməyə başlayıb. Bunun ardından Rüfət maşından düşərək özünü müdafiə üçün yağ bıçağından istifadə edib. Bəyəm başqa çıxış yolu qalırdı ki? Faiqin maşınındakı şəxslərdən biri hansısa avropa çempioantının qalibi olub. Digər ikinci şəxs isə onun cangüdəni olub".
"Mənim əmimoğlu elə də pis xarakterli birisi deyil. Sadəcə olaraq hər hansı bir azərbaycanlıya bu cür təhqirlər olunsa idi, o da Rüfət kimi addım atardı. Hə düzdür ki, Rüfətin bundan əvvəl məhkumluğu olub. Həmin məhkumluq da onun qardaşına görə olub. Həm də ki, Rüfətin psixologiyasında bir az problem var. Faiqin maşından düşərək "onu sındırın, təpiyin altına salın" deməsinə kim dözə bilər? Faiqin anası o zaman namaz üstündə olub ki, o qədər bıçaq xəsarətindən sonra sağ qalıb. Onu da deyim ki, o şükür etsin ki, hadisə səhər tezdən olub. Əgər hadisə gündüz zamanı baş versəydi Faiqin izinə belə rast gəlməzdilər. Hamı öz beynində Kubinkanı nəişəxorlar məhləsi kimi tanıyır. Ancaq bu o demək deyil ki, hər yoldan keçən gəlib bizə ilişməlidir"- deyə Rüfəin əmisioğlu əlavə edib.
Təqsirləndilən şəxsin qohumu onu da bildirib ki, o xalq artisti adını bizim ona əl çalmağımızın nəticəsi olaraq alıb: "Əgər biz Azərbaycan xalqı onu dəstəkləməsəydik kim idi ona bu adı verən? O demək deyil ki, 10 min manat verəsən hansısa albom çıxardasan. Əsas odur ki, insanın mənliyi olsun. Faiq Ağayev olmaq o demək deyil ki, harasa gedib orda lotuluq eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB