YAP İsmayıllı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə gənclərlə görüş keçirilib
Dünən YAP İsmayıllı rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə gənclərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri əvəzi Sevil Əhmədova açaraq gənc nəslin yetişdirilməsinin hər bir ölkə üçün ən başlıca məsələ olduğunu bildirib: “ Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Məhz Ulu Öndərimizin müəyyənləşdirdiyi, Prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət nəticəsində gənclər cəmiyyətdə bu gün öz yerini tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasəti və bu siyasət nəticəsində gənclərin təhsil, sosial müdafiə və işlə təminatı sahələrində atılan məqsədyönlü addımlar gənclərin Yeni Azərbaycan Partiyasına axınını gücləndirir. Ölkəmizdə yeni iş yerlərinin açılması, tələbə gənclərin təqaüdlərinin və gənclərin xarici ölkələrdə təhsil imkanlarının artırılması dövlətimizin gənclərlə bağlı siyasətinin əsas istiqamətləridir”.
Tədbridə YAP İsmayıllı rayon təşkilatının gənclər birliyinin sədr müavini Qönçə Ağazadə, gənc YAP üzvü Ceyhun Əsgərov, partiya veteranları Məhərrəm Əhmədov, Hafiz Kərimov, Əlaləm Babayev çıxış edərək qeyd etdilər ki, Azərbaycan siyasi palitrasının ən güclü və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin bütün təbəqələrini təmsil edən insanları birləşdirir: “Müasir Azərbaycan gənclərinin mütləq əksəriyyəti ölkəni davamlı olaraq qələbələrə, uğurlara, yüksəlişə aparan Yeni Azərbaycan Partiyasını və onun Sədri möhtərəm Prezident İlham Əliyevi dəstəkləyir və Onun ətrafında sıx birləşərək ölkəmizin işıqlı gələcəyinə inamlı addımlarla irəliləyir”.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olundu.
Zümrüd
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB