Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb. SİA-nın xəbərinə görə, görüşdə Milli Məclisin sədri Azərbaycanın AŞPA ilə əlaqələrin inkişafına önəm verdiyini qeyd edib.
Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri növbəti dəfə Azərbaycan parlamentində olmalarından məmnunluqlarını ifadə ediblər. Qonaqlar ümidvar olduqlarını bildiriblər ki, AŞPA ilə Azərbaycan arasında əlaqələr gələcəkdə daha da inkişaf edəcək.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB