Müdafiə Nazirliyi yeni məlumat yaydı

Müdafiə Nazirliyi yeni məlumat yaydı

Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktı qeydə almayıblar”.

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib.

MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə