Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında danışıqlar keçirilib

Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə Nazirlikləri arasında qərargah danışıqları keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə