Dairə seçki komissiyaları ölkə üzrə 745 nəfərin deputatlığa namizədliyini təsdiq edib

Dairə seçki komissiyaları ölkə üzrə 745 nəfərin deputatlığa namizədliyini təsdiq edib

Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bu günədək dairə seçki komissiyaları ölkə üzrə 125 seçki dairəsinin 124-dən 745 nəfərin deputatlığa namizədliyini təsdiq edib. Bu barədə SİA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.

Namizədliyi təsdiqlənən şəxslərdən 673 nəfəri seçki dairəsindən imza vərəqısi alıb, 19 nəfər imza vərəqələrini və digər zəruri sənədləri seçki dairələrinə təhvil verib, 4 nəfər isə namizədliyini geri götürüb.

Qeyd edək ki, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə 2010-cu il noyabrın 7-nə təyin edilmiş seçkilərdə deputatlığa namizədlərin irəli sürülməsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə