BMT rəsmisi Azərbaycana səfər edəcək

BMT rəsmisi Azərbaycana səfər edəcək

BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença Azərbaycana səfər edəcək. SİA-nın xəbərinə görə, BMT nümayəndəsi iyulun 20-21-də Bakıda keçiriləcək Qüds məsələsi üzrə beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələcək.

M .Yença tədbirdə məruzə ilə çıxış edəcək.

Konfransda həmçinin, İslam Əməkdaşlıq Təşkilatının və Fələstin dövlətinin rəsmilərinin çıxışları gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə