Səfirliyə məktub daxil olub

Argentina Senatında Azərbaycanla Dostluq Qrupunun rəhbəri xanım Maria Ester Labado tərəfindən Səfirliyə məktub daxil olub. SİA-nın verdiyi məlumata görə, məktubda deyilir: Fizuli rayonu, Alxanlı kəndində erməni silahlı qüvvələri tərəfindən mülki əhalinin öldürülməsi ilə bağlı dərin təəssüfümü ifadə etmək istəyirəm. Bu hadisə təkcə xalqlarımızın ruhuna qarşı bir hücum olduğuna görə deyil, həm də uşaqların qətlinin mütləq pislənilməli olduğuna görə bizi narahat edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə