Sarkisyanın “NATO fəndi”: 8 milyard oyunu

Ermənistan hakimiyyətinin Rusiyaya qarşı apardığı şantaj siyasətinin əhatə dairəsini böyütməkdədir. Son həftələr ərzində rəsmi İrəvan durmadan Moskvanın bostanına daş atır, sanki Kremlə “meydan oxumağa” çalışır. İrəvan mətbuatında indi də Ermənistanın NATO-ya üzv qarşılığında ABŞ, Fransa və Almaniyanın düşmən ölkənin enerji sahəsinə 8 milyard dollar sərmayə yatıra biləcəyi ilə bağlı xəbərlər yer alır. Hansı ki, Ermənistanın enerji sektoru birbaşa Rusiyanın nəzarətindədir və Moskva işğalçı rejimin bütün enerji sektorunu özəlləşdirib.

Erməni mətbuatının iddiasına görə, guya mövcud təklif Serj Sarkisyana Brüsselə səfərində edilib. İndi də Sarkisyan “bu təklif üzərində düşünür”. Yəni “dilemma” qarşısındadır. Analitiklərin fikrincə İrəvandakı rejimin anti-Rusiya siyasətinin arxasında Ermənistan üçün həyati vacib olan hədəflər var. Ən birincisi Moskva-Bakı münasibətləri, konkret desək Rusiyanın Azərbaycana silah satması dayanır. Sarkisyan və komandası Şimal qonşumuzun ölkəmizə silah satmasından olduqca narahatdır. “NATO fəndi” də məhz bu məsələdə Moskvaya “təzyiq” göstərmək üçündür. Artıq mətbuatda yer alan bənzər xəbərlərə erməni müxalifətindən reaksiyalarda olub. Müxalifət bu iddiaları əsasız adlandırmaqla yanaşı, Sarkisyanın davranışlarını Ermənistanın gələcəyi üçün olduqca təhlükəli manevr kimi xarakterizə edirlər.

Müxalifətin iddiasına görə, İrəvanın NATO-ya üzv olması sadəcə mümkünsüzdür. Səbəb bəllidir. Rusiya nəinki İrəvanın enerji sektoruna, hətta bütün Ermənistana nəzarət edir. O ki, qaldı Bakıya silah satılması məsələsinə erməni təhlilçilərinin fikrincə bu Ermənistanın xarici siyasətinin iflasıdır. Bununla Rusiya açıq şəkildə Ermənistanın maraqlarını nəzərə almır, Azərbaycan siyasətində İrəvanla heç vaxt hesablaşmır. Kremlin quberniyası olan Ermənistan Rusiya üçün siyasi çəkiyə malik deyil. Sözügedən məsələnin dəfələrlə qaldığıldığını xatırladan müxalifət Serj Sarkisyanın Moskvaya təsir imkanlarının olmadığını bildirib.

Ermənistanın bu həmləsi növbəti uğursuz cəhdir. İsətnilən halda Ermənistanın mövcudluğunun yeganə qarantı olan Rusiyaya qarşı addım atacağı sadəcə absurtdur. Avropa Birliyi (AB) və digər qurumlar tərəfindən də bu fakt çoxdan qəbul olunub. İndiki halda Bakı-Moskva münasibətləri qarşısında çıxılmaz vəziyyətə düşən İrəvanın panikadan qaynaqlanan həyasızlığı mövcud reallığı dəyişmək gücündə deyil. Sarkisyanın “NATO-fəndi” isə Ermənistanı açıq şəkildə təhlükə qarşısında qoymaqdadır. Hələlik Rusiya Ermənistanın şıtaqlığına səbrli davranır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə