Musa Qasımlı: “Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır” AÇIQLAMA
"Cənab Prezident İlham Əliyevin Polşaya səfərinin, apardığı danışıqların, müzakirə edilən məsələlərin və imzalanan sənədlərin böyük əhəmiyyəti vardır”. Bunu SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, hər şeydən əvvəl, bu səfər iki ölkə arasında münasibətlərin səviyyəsinin göstəricisi sayıla bilər: “Müzakirə edilən məsələlər və imzalanan sənədlər Azərbaycan-Polşa münasibətlərinin böyük potensialının və perspektivlərinin olduğunu göstərir. Cənab Prezidentin səfəri qarşılıqlı münasibətlərdə yeni səhifə açır”.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB