Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev rusiyalı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Vladiqafqazda törədilən və çoxsaylı insan tələfatına səbəb olan terror aktı ilə əlaqədar Rusiya prezidenti Dmitri Medvedevə başsağlığı verib.

SİA-nın məlumatına görə, dövlət başçısı başsağlığı məktubunda baş verən terror aktından dərin sarsıldığını bildirib: "Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə