ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktublarından görünür ki, ABŞ Azərbaycanı Cənubi Qafqazda xüsusi fərqləndirir və ölkəmizlə əməkdaşlığı davam etdirmək niyyətindədir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.
ABŞ Prezidentinin məktublarında Azərbaycanın ABŞ-la indiyə qədər olan əməkdaşlıq münasibətlərinin yüksək qiymətləndirildiyini xatırladan deputat hesab edir ki, bundan sonra ABŞ-Azərbaycan əməkdaşlığı qarşılıqlı anlaşma, bir-birinin maraqlarına hörmət və bütövlükdə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində davam edəcək".
B. Sadıqov qeyd edib ki, ABŞ prezidentinin 28 May - Respublika Günü, eləcə də "XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Azərbaycan Prezidentinə göndərdiyi məktublar həmçinin Trampın yeni prezident seçilməsindən ABŞ-Azərbaycan münasibətlərinin hansı məcrada inkişaf edəcəyi ilə bağlı məsələlərə də aydınlıq gətirmiş oldu: "ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla münasibətdə hansı mövqe tutacağını diqqətlə izləyirdik. Trampın məktubları bu məsələlərə aydınlıq gətirdi və ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlığı davam etdirmək niyyətində olduğunu göstərdi. ABŞ-Azərbaycan əməkdaşlığı çoxtərəflidir, terrorizmə qarşı birgə mübarizədən tutmuş bir çox sahələri əhatə edir və biz həmişə istəmişik ki, ABŞ-la münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsində qalsın və davam etsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB