Ermənistan Silahlı Qüvvələri Ağdərə istiqamətindəki mövqelərindən qarşı tərəfdə müdafiə mövqeyi tutmuş Azərbaycan Ordusuna qarşı hücuma keçməyə cəhd edib.
SİA cəbhə xəttində baş vermiş silahlı insidentlə bağlı rəsmi məlumatı Azərbaycan Müdafiə Nazirliyindən alıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, düşmən avqustun 31-də verdiyi itkilərin əvəzini çıxmaq üçün dünən gecə saatlarında cəbhənin Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında Azərbaycan Silahlı Qüvvələrinə qarşı qəfil hücuma keçib. Döyüş təmas xəttində daha da gərginləşib. Atışma zamanı bir döyüşçümüz ermənilərə yaxın təmas xəttində şəhid olub. Ehtimal var ki, düşmən meyiti götürə bilib. Başqa bir döyüşçümüz isə yaralanıb.
Günorta saatlarından isə Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndi işğal altında olan Talış kəndindəki Ermənistan Silahlı Qüvvələrinin mövqelərindən atəşə tutulub.
Xəbər verilir ki, Ermənistan ordusunun əsgərləri təxminən 20 dəqiqə ərzində DŞK və digər iriçaplı atıcı silahlardan təsərrüfat işləri ilə məşğul olan Tap-Qaraqoyunlu kənd sakinlərini və kəndin kənarındakı çayxananı atəş altında saxlayıb. Xəsarət alan olmasa da, sakinlərə məxsus bir traktor yararsız hala salınıb.
Son anda aldığımız məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən yaralanmış Azərbaycan hərbçisi dünyasını dəyişib. Döyüşdə Azərbaycan Ordusunun zabiti Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılmış zabitin həyatını xilas etmək mümkün olmayıb. Silahlı insident zamanı daha bir Azərbaycan hərbçisi döyüşdə şəhid olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB