Milli Məclisin nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək

Milli Məclisin nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək

Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Aydın Abbasov, Fuad Muradov və parlament Aparatının rəhbəri Səfa Mirzəyev sentyabrın 4-dən 7-dək Londonda səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Böyük Britaniya parlamentində fəaliyyət göstərən Azərbaycan üzrə işçi qrupunun üzvləri, parlamentin deputatları, qanunvericilik orqanı katibliyinin rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəkdir.

Görüşlərdə qarşılıqlı əməkdaşlığın perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə seçki sistemi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə