Əli Əhmədov: “Ölkə Prezidentinin sərəncamı ilə təqaüdlərin artırılması insanların məşiət şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərəcək” - MÜNASİBƏT

Əli Əhmədov: “Ölkə Prezidentinin sərəncamı ilə təqaüdlərin artırılması insanların məşiət şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərəcək” - MÜNASİBƏT

Yeni Azərbaycan Partiyasının (YAP) rəsmiləri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın sakinləri ilə görüş keçiriblər. SİA-nın məlumatına görə, görüşdə YAP-ın sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov və icra katibinin müavinləri  Siyavuş Novruzov, Mübariz Qurbanlı, YAP-ın İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Şahlar Əsgərov, Kərim Kərimov, Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibala Əliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Azad Tağızadə, pansionatın direktoru Bəhruz Əlmədətov və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə çıxış edən YAP-ın sədr müavini Əli Əhmədov ahılların daim dövlətin diqqətində olduğunu, ölkə prezidentinin onlara daim qayğı göstərdiyini vurğulayıb. O bildirib ki, YAP mütəmadi olaraq əhalinin müxtəlif təbəqələri ilə görüşlər keçirir. İcra katibi qocalar evində isə ildə bir neçə dəfə görüşlər keçirilidiyini qeyd edib. Ə.Əhmədov ahılların problemləri ilə maraqlandıqlarını və bu problemləri həll etməyə çalışdıqlarını deyib. O, YAP-ın bu qocalar evini qeyri-rəsmi şəkildə himayəyə götürdüyünü də bildirib. Millət vəkili burada qocaların yaşaması üçün yüksək şəraitin yaradıldığını vurğulayıb.
"Bu yaxınlarda ölkə prezidentinin sərəncamı ilə təqaüdlərin artırılması insanların məşiət şəraitinin yaxşılaşmasına əhəmiyyətli təsir göstərəcək", - deyən icra katibi dövlətin bu istiqamətdə işləri davam etdirəcəyini qeyd edib.
Ə.Əhmədov onu da bildirib ki, YAP bu gün axşam saatlarında Müharibə və Əmək Əlilləri üçün Pansionatın sakinlərinə iftar süfrəsi təşkil edəcək. 

Qeyd edək ki, YAP rəsmiləri Pansionata televizor hədiyyə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə