Minskdə Azərbaycan evi açılacaq

Minskdə Azərbaycan evi açılacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün bu gün Belarus Respublikasına səfərə gedəcəklər. SİA-nın xəbərinə görə, Minsk şəhərində açılan ticarət evi "Made in Azərbaycan" brendinin tanıdılması, yeni məhsulların satışının təşkili və əlaqələndirilməsi ilə bağlı fəaliyyət göstərəcək.

Tədbirdə hər iki ölkənin dövlət və hökumət nümayəndələrinin, iş adamlarının iştirakı nəzərdə tutulur.
Səfər mayın 28-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə