Silahlı Qüvvələrin Hərbi Akademiyasının Xarici dil və tərəfdaşlıq Mərkəzində təşkil olunmuş növbəti intensiv ingilis dili kurslarının başa çatması ilə əlaqədar buraxılış mərasimi keçirilib. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev kursu bitirən dinləyiciləri təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb və məzunlara sertifikatlar təqdim edib.
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB