Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır!
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının I konfransı keçirilib. Konfrans iştirakçıları ilk olaraq YAP-ın yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və, eləcə də, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.
Sonra təsis konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat əsasında hazırlanmış video-çarx nümayiş etdirilib. Hesabatda bildirilib ki, yarandığı gündən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiya ötən 24 il ərzində öz məqsədlərinə çatmaq üçün uğurla fəaliyyət göstərib. Çətin sınaqlardan müvəffəqiyyətlə çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası bu gün ölkəmizin siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır, cəmiyyətimizdə özünəməxsus aparıcı yer tutub, ölkədə keçirilən prezident, parlament, bələdiyyə seçkilərində və referendumlarda inamlı qələbələr qazanıb. YAP-ın aparıcı rayon təşkilatlarından olan Pirallahı rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz rolu, öz payı vardır. YAP-ın Pirallahı rayon təşkilatı rayonun ictimai-siyasi və sosial-iqtisadi həyatının bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan sadiqliyinin, səmimi münasibətlərinin ifadəçisinə çevrilib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı 17 iyul 2013-cü il tarixində Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında baş tutmuş Təsis Konfransında yaranıb. O zaman rayon təşkilatının sıralarında 3 162 nəfər üzv vardı. Ötən dörd il ərzində rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənib. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı çoxsaylı müraciətləri nəzərə alaraq, keyfiyyət prinsipinə üstünlük verməklə, hesabat dövrü ərzində 1671 nəfər rayon sakinini partiya sıralarına qəbul etmiş, beləliklə üzvlərinin sayını 35% artıraraq 4833 nəfərə çatıb. Sevindirici haldır ki, təşkilatın üzvlərinin üçdə birindən artığını gənclər təşkil edir. Bu gün onların sayı 1669 nəfərdir. Cəmiyyətdə aktivliyi ilə seçilən qadınlarımızın da sayında ciddi artım olub və bu gün qadın partiyaçıların sayı 1322 nəfərdir.
Hesabata münasibət bildirən YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Rauf Əliyev, Pirallahı Su-kanal İdarəsinin rəisi Əli Kərimov, 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, QAC Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova, , "Abşeronneft" NQÇİ ilk partiya təşkilatının sədri Şamil Kazımov və başqaları çıxış edərək ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər. Bildirilib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavat tandeminin bacarıqsızlığı və səriştəsizliyi səbəbindən Azərbaycan məhv olmaq təhlükəsində idi. Məhz belə bir ərəfədə Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, uçurum qarşısında olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, həmçinin, ziyalılar dahi şəxsiyyət Heydər Əliyevə müraciət etdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə "SƏS" qəzetində Ulu Öndər Heydər Əliyevə müraciət olundu. Ulu Öndərin Azərbaycana qayıdışı ilə ölkəmiz bütün çətinliklrədən şərəflə çıxdı və yeni inkişaf mərhələsinə qədəm qoydu.
Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov konfransda çıxış edərək, YAP-ın yaranma tarixdən, partiyanın əldə etdiyi nailiyyətlərdən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs edib. O qeyd edib ki, YAP Pirallahı rayon təşkilatı son dörd ildə Ümummilli Lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirib və öz lideri, partiyamızın Sədri, dövlət başçısı Cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışıb. Bu gün rayonda icra strukturları ilə partiya təşkilatı sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Uğurların, sosial-iqtisadi sahədə qazanılan nailiyyətin əsasında da bu amil durur. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Pirallahı rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Hikmət Məzi oğlu Şikarov YAP Pirallahı rayon təşkilatının sədri, Qoçalı Teymur oğlu Mahmudov, Əli Kərəm oğlu Kərimov, Baxarəddin Səməndər oğlu Rəsulov və Bəxtiyar Nüsrət oğlu Balakişiyev sədrin müavinləri seçiliblər. Həmçinin, 35 nəfərdən ibarət Şura, 15 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyev olan Yeni Azərbaycan Partiyası həqiqətən də, Ümummilli Liderimizin dediyi kimi, "Dünənin, bu günün və gələcəyin partiyasıdır". İnanırıq ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin dünya siyasətində rolunu və nüfuzunu daha yüksəldəcək, bundan sonra da nəinki respublikamızda, eləcə də beynəlxalq arenada fəallığı ilə, mütəşəkkilliyi ilə seçiləcəkdir.
Xəbər lenti
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
15 Oktyabr 21:52
Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
15 Oktyabr 21:28
Köşə yazıları
Bir kilo ətin qiymətində bir ailənin hesabı -KÖŞƏ
29 Sentyabr 13:41
İnsanlar niyə özlərini başqalarının gözlərində axtarır? -KÖŞƏ
23 Sentyabr 11:41
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%
Sizin reklam yeriniz

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



