AXCP sədri Əli Kərimlinin özü və oğlu Türkelin sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməsi artıq təəccüblə qarşılanmır. Əvvəllər kimlərsə "24 ilin işsizi" Əli Kərimlinin ailə büdcəsini hansı mənbə hesabına doldurduğuna dair yazılara sərt reaksiya verirdisə, bu gün həmin reaksiya öləziyib. Çünki, artıq onlar da Əli Kərimlinin iç üzündən xəbərdardırlar. Sadəcə, o vaxta qədər susurdular ki, Əli Kərimli həmin mənbədən onları da yemləyirdi. İndi isə AXCP sədri əldə etdiyi çirkli pulları yalnış ailə problemlərinə xərcləyir. Bu da onun yaxın ətrafını qıcıqlandırmağa başlayıb.

Rusiyada yaşayan azərbaycanlı milyonçu Sakit Allahverdiyev xeyli müddət Əli Kərimlinin bilavasitə rəhbərlik etdiyi "Azadlıq" qəzetini maliyyələşdirib. Amma eşidəndə ki, pullarını boş yerə xərcləyib... O bildirib ki, təxminən 20 min manata yaxın pulunu Əli Kərimlinin təbliğat vasitəsi olan "Azadlıq" qəzetinə xərcləyib. Amma sonra məlum olub ki, həmin pullar qəzetin maddi-texniki bazasına, müxbirlərin iş şəraitinin yaxşılaşdırılmasın xərclənməyib, Əli Kərimli tərəfindən mənimsənilib.
Təxminən bu mövzuda vaxtilə AXCP rəhbərliyində təmsil olunmuş BQP sədri, millət vəkili Fazil Mustafa da Milli Məclisdəki çıxışında danışıb və əlavə edib ki, dövlət tərəfindən "Azadlıq" qəzetinə pul ayrılması dayandırılmalıdır. Çünki həmin vəsaitlər Əli Kərimli tərəfindən mənimsənilir.
Qeyd etdiymiz kimi, hazırda AXCP sıralarında təmsil olunan bəzi siyasi fanatiklər Əli Kərimlinin saf, pak olduğunu iddia edir, ona inanırlar. Bəs 20 ildən çox heç bir yerdə işləməyən Əli Kərimlinin övladı Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili necə ala bilir? Nəinki Avropaya bir dəfəlik səfər, hətta Qərb dövlətlərində qalıb oxumaq, ali təhsil almaq, cavanlarla əylənmək, yeyib-içmək. Şübhəsiz, bütün bunlar qaranlıq, şübhəli məqamlardan xəbər verir və "Azadlıq" qəzetinə ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı deyilənlərin həqiqətə uyğun olduğunu sübut edir.

Bu gün Əli Kərimlinin oğlu Türkel İngiltərə gündəliyini qapadaraq Amerika macəralarını davam etdirir. Yadınızdadırsa Əli Kərimli bir neçə ay bundan qabaq oğlu Türkel Kərimlini ABŞ-a Azərbaycan müxalifətinin nümayəndəsi kimi dinləmələrə göndərmişdi. Dinləmələrdə Xədicə İsmayıl, Türkel Kərimli və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç çıxış ediblər.

Qabaqcadan təşkil edilmiş reklamın əksinə olaraq, dinləmələr çox sönük keçib. Tədbirdə cəmi 20 nəfərə yaxın adam iştirak edib, konqresmenlərdən isə yalnız ermənipərəst Cim Makqavern müzakirələrə qatılıb. İştirakçıların əksəriyyəti ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri olublar.
Tədbirin videogörüntüsündə erməni diasporunun fəallarından olan Armen Saakyanın da dinləmələrdə iştirak etdiyi bəlli olub. Qeyd edək ki, Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur. A.Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir.

Ötən il komissiyanın Azərbaycan üzrə dinləmələrində isə qondarma "DQR"-in ABŞ-dakı nümayəndəliyinin rəhbəri iştirak etmişdi. Əli Kərimlinin oğlunun əli Azərbaycan xalqının qanına batmış Bako Saakyanın oğlu ilə bilikdə Azərbaycana qarşı keçirilən tədbirdə iştirakı olduqca düşündürücü məqamdır.
Bir sözlə, Azərbaycan müxalifətini ABŞ departamentində keçirilən Azərbaycanla bağlı dinləmələrdə Türkel təmsil edirdi. Bir zaman həmin dinləmələrə Azərbaycan müxalifətini Əbülfəz Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov təmsil edirdi. Bunu facebook səhifəsində BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı yazıb.
BAXCP sədrinin müavini bildirib ki, qaradərili gənci qucaqlayan şəxs Türkel Kərimli 10 ilə yaxındır ki, İngiltərədə yaşayır: "İngiltərənin ən bahalı unveristetinində oxuyub. İllik xərci 200 000 dollardan çoxdur. İndi bildiniz Əli Kərimli niyə partiya arayışını 3500 dollara satır?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB