Ermənistanda seçkilərin nəticələrindən narazı qalan birt sıra insan piket keçirib. SİA erməni mətbuatına istinadən xəbər verir ki, piket zamanı hakim "Respublika" partiyasının tərəfdarı kimi məşhurlaşan və "Respublikaçı nənə" ləqəbini alan qoca qarı etirazçıların toplaşmasına qarşı çıxış edir və söyüş söyür. Nəticədə etirazçılardan biri "Respublikaçı nənə"ni itələyərək yerə yıxır. Lakin o yenidən ayağa qalxaraq heç nə olmamış kimi etirazçılara tərəf baxır.
Maraqlıdır ki, polis hadisəyə biganə yanaşıb və sadəcə qoca qarını ayağa qaldırmaqla kifayətlənib.
Videoya aşağıdakı linkdən baxa bilərsiniz:
http://ru.1in.am/1186430.html
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB