“İnsan Alverinə Qarşı Mübarizəyə dair Maarifləndirmə”

“İnsan Alverinə Qarşı Mübarizəyə dair Maarifləndirmə”

Daxili İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birgə təhsil ocaqlarında "İnsan Alverinə Qarşı Mübarizəyə dair Maarifləndirmə" tədbirləri həyata keçirir. SİA-nın verdiyi məlumata görə, məqsəd yetişməkdə olan gəncləri sözü gedən problemlə bağlı maarifləndirmək və profilaktik tədbirlər görməkdir. Növbəti tədbir Baki Texniki kollecdə baş tutub. Tədbirdə İnsan alveri, onu törədən amillər və bu cinayətkarlığa qurban olmamaq üçün atıla bilən addımlar haqqında tələbələrə məlumat verilib.

Tədbir zamanı DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin çəkdirdiyi "satılmış həyat" sənədli filmi də nümayiş olunub. Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə idarəsinin əməkdaşı Fuad Əliyev və İnsan Alverinə Qarşı Mübarizənin sədri Ramiz Alıyev məruzə ilə çıxış ediblər. İnsan Alveri haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Azərbaycan dövlətinin İnsan Alverinə Qarşı Mübarizə sahəsində apardığı siyasət, DİN-nin bu cinayətkarlıqla bağlı aparmış olduğu kəskin mübarizə, İnsan Alverinə Qarşı Mübarizə Komisiyyasının və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Kordinatorun bu sahə üzrə fəaliyyəti və təsdiq etdiyi tədbirlər planı, tövsiyə və tapşırıqları haqqında, DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Vətəndaş Cəmiyyətinin nümayəndələri və bu sahə ilə mübarizə aparan digər təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə