“25 il ərzində Almaniya-Azərbaycan münasibətləri müxtəlif sahələrdə inkişaf edib”

“25 il ərzində Almaniya-Azərbaycan münasibətləri müxtəlif sahələrdə inkişaf edib”

"2017-ci ildə Almaniya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur". Bu barədə SİA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib. Qeyd edilib ki, ötən 25 il ərzində Almaniya-Azərbaycan münasibətləri müxtəlif sahələrdə inkişaf edib: "Buna nümunə kimi siyasət, diplomatiya, mədəniyyət və iqtisadiyyat sahələrini göstərmək olar. İki ölkə arasında vacib körpü rolunu oynayan təbii ki, həm də xalqlarımız və ayrı-ayrı insanlardır. Azərbaycanlılar və almanlar qarşılıqlı şəkildə ölkələri ziyarət edir, mədəniyyət və insanlarla tanış olur və bəzən uzun, yaxud qısa müddət həyatlarını bu ölkələrlə bağlayırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə