Santk-Peterburqda metroda baş vermiş terror akslyası nəticəsində 20 yaşlı azərbaycanlı Əliyeva Dilbarə həlak olub. SİA xəbər verir ki, bu barədə diaspor.az saytı yazır. Belə ki, Dilbarə Əliyeva Sankt-Peterburq Dəmiryolu Universitetinin tələbəsi olub.
Məlumatı Sankt-Peterburq şəhərində Azərbaycan diasporunun fəallarından olan Orxan Məcidov təsdiqləyib.
Qeyd edək ki, aprelin 3-də Sankt-Peterburq metrosunda baş vermiş partlayışda 28 yaşlı azərbaycanlı Zaur Vəliyev ağır yaralanıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB