Ermənistan parlamentində 4 siyasi qüvvə yer alacaq

Ermənistan parlamentində 4 siyasi qüvvə yer alacaq

Ermənistanın yeni parlamentində dörd siyasi qüvvə yer alacaq. SİA "aysor.am"a istinadən xəbər verir ki, seçkilərin ilkin nəticələrinə görə, hakim Respublika partiyası 49,13 faiz səslə liderlik edir. İkinci yerdə 27,50 faiz səslə "Çarukyan" blok, üçüncü yerdə 6,62 faiz səslə " "Daşnaksütyun" partiyasıdır. "Çıxış" bloku isə səslərin 7,68 faizini toplayıb. Seçkilərdə iştirak etmiş digər partiya və bloklar isə parlamentdə yer əldə edə bilməyiblər.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçirilib. Seçkilərdə 9 siyasi qüvvə iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə