"Biz regiona səfər çərçivəsində tərəflərin hər birinin mövqeyini dinlədik. Müzakirələrin davamı Vyanada, Minsk qrupunun görüşündə olacaq". SİA "news.am"a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. O deyib ki, vasitəçilər ATƏT rəhbərliyi ilə görüşməyi təklif edir: "Həmçinin, yüksək səviyyəli planlaşdırma qrupu ilə də görüşmək planlarımız var".
İ.Popov görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin qrupunun genişləndirilməsinin müzakirə edildiyini vurğulayıb: "Kaspşikin qrupunun yeddi nəfərə çatdırılması barədə razılıq əldə olunub. Texniki detallarla bağlı bir sıra məsələlər var. Ümid edirəm ki, bunlar aprel ayında müzakirə edəcəyimiz mövzulardan biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB