Gürcüstan prezidenti: "Azərbaycan-Gürcüstan münasibətləri yüksək səviyyədədir"
"Forumda qarşımıza qoyulan əsas məqsəd dünyadakı qlobal probemlərin müzakirəsidir. Forumun yüksək səviyyədə təşkilinə görə, Azərbaycan prezidentinə təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili jurnalistlərə açıqlamasında deyib.
"Mən ötən il də bu forumda iştirak etmişəm. Azərbaycan prezidenti forumdakı çıxışında çox mühüm məqamlara toxundu"- deyə, gürcü prezident qeyd edib.
Azərbaycan-Gürcüstan münasibətlərinin yüksək səviyyədə olduğunu deyən Georgi Marqvelaşvili deyib ki, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı çox effektiv formatdır: "Bu formatın yaradılmasında Azərbaycanın və Gürcüstanın sabiq prezidentləri Heydər Əliyev və Eduard Şevardnadze böyük rol oynayıblar. Bu əməkdaşlıq formatı qlobal miqyasda öz effektivliyini doğruldub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB