Ermənistanın "lragir.am" saytı Serj Sarkisyan-Vladimir Putin görüşünün nəticələri barədə siyasi şərhlə çıxış edib və danışıqlar əsnasında Ermənistanda aprel ayının 2-də keçiriləcək parlament seçkiləri də müzakirə edilib.
Lakin SİA erməni saytının ilginc etirafını müəyyənləşdirib və onu oxucularının diqqətinə çatdırır.
Belə ki, "largir.am" saytı bu xəbərin ardınca qeyd edir ki, Sarkisyan-Əliyev (!-red.) görüşündə Ermənistanda hakimiyyətin formalaşdırılması ətrafında müzakirələrin aparılacağına şübhə etmək olmaz.
Görünür, erməni mətbuatı və ictimaiyyəti Azərbaycan və Ermənistan prezidentlərinin gələcəkdə gözlənilən görüşləri ətrafındakı fikirlərə o qədər kökləniblər ki, Serj Sarkisyanın Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə apardıqları şərhdə Azərbaycanın Cənubi Qafqazdakı liderlik rolunu da etiraf etməli olurlar.

Hər halda bunu ermənilərin özləri yazırlar və etiraf edirlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB