NATO baş katibi Niderland və Türkiyəyə çağırış etdi

NATO baş katibi Niderland və Türkiyəyə çağırış etdi

NATO-nun baş katibi Yens Stoltenberq Alyansın üzvləri olan Niderland və Türkiyəni qarşılıqlı hörmət əsasında hərəkət etməyə çağırıb. SİA-nın "cnnturk"ə istinadən məlumatına görə, baş katib tərəflərin ağır ifadələr işlətməkdən, aksiyalardan çəkinməli olduğunu bəyan edib: "Bütün müttəfiqləri qarşılıqlı hörmət göstərməyə, sakit davranmağa və nizamlı yanaşma nümayiş etdirməyə çağırıram. Biz mövcud gərginliyi azaltmağa, vəziyyəti sakitləşdirməyə çalışmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə