"Ötən həftə Mosulda "İslam Dövləti" terrorçuları tərəfindən mülki insanlara qarşı ardıcıl şəkildə kimyəvi silahın tətbiq edilməsinə baxmayaraq, Qərb ictimaiyyətinin susqunluğu qəribə təsir bağışlayır". SİA "İnterfax.ru"ya istinadən xəbər verir ki, sözügedən fikirləri Rusiya müdafiə nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşlenkov deyib.
"Lakin daha təəccüblüsü budur ki, mövcud fakta kimyəvi silahların tətbiqi üzrə qadağa ilə çıxış edən təşkilatlar da soyuq münasibət sərgiləyiblər"-deyə qeyd edən rus generalının sözlərinə görə, faciənin baş verdiyi əraziyə nəinki ekspertlər göndərilib, eləcə də bu faktı ittiham edən rəsmi bəyanat belə səsləndirilməyib.
Xatırladaq ki, bir müddət öncə Qırmızı Xaç komitəsi İraq ordusu tərəfindən Mosulun azad edilməsi əməliyyatları zamanı "İslam Dövləti"terror təşkilatının mülki insanlara qarşı iprit zəhərli qazından istifadə etdiyini, nəticədə çoxsaylı tələfatın olduğunu bəyan etmişdi.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB