Britaniyada “Rusiya ilə iş üzrə nazir” postu yaradılır? TƏKLİF

Britaniyada “Rusiya ilə iş üzrə nazir” postu yaradılır? TƏKLİF

Böyük Brtitaniya parlamentinin icmalar palatasının beynəlxalq komitəsi Rusiya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində layihə ilə çıxış ediblər. SİA "Rossiya 24" telekanalına istinadən xəbər verir ki, layihə-sənədin hazırlanması 100 günə başa gəlib. Sənədin müəllifləri hökuməti Rusiya ilə ehtiyatlı siyasət yürütməyə dəvət edərək bildiriblər ki, Britaniya-Rusiya münasibətləri "soyuq müharibə" dövründən bu yana ən pis vəziyyətdədir. Müəlliflər təklif ediblər ki, britaniyalı parlamentarilər Şimal ölkəsini hərbi cinayətlər törətmək istiqamətindəki ittihamlarına son qoymalı, 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək çağırışlarını yığışdırmalı, əksinə münasibətlərin tənzimlənməsi üçün yeni əlaqələr qurmalıdırlar.

Palata nümayəndələri Britaniyanın xarici işlər nazirliyinə tövsiyə ediblər ki, Londonun Moskvadan nə istəməsini açıq şəkildə bəyan etsinlər. Bundan əlavə, təklif olunub ki, hökumət Rusiya ilə münasibətlərini yaxşılığa doğru dəyişməsi üçün "Rusiya ilə iş üzrə nazir" postu yaradılsın.

Müəlliflər bununla yanaşı, Avropa İttifaqı tərəfindən Şimal ölkəsinə qarşı tətbiq edilən sanksiyalara yenidən baxılması tövsiyəsi ilə də çıxış ediblər. Belə ki, Britaniya artıq bu qurumun üzvü sayılmır.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə