Politoloq: “Sarksyan xalqına yalan vədlər verməklə məşğuldur” MÜNASİBƏT
"Artıq bir neçə gündür ki, ermənilər tərəfindən demək olar ki, bütün istiqamətlərdə atəşkəs intensiv şəkildə pozulur. Tərtərdən tutmuş Tovuza qədər ordumuzun mövqelərinə qarşı atəşkəsi pozublar. Bu saatlarda döyüşlər davam edir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, seçkilərdən öncə Sarksyan keçən ilin aprel döyüşlərində itirdiyi strateji ərazilərin əvəzini çıxmaq istəyir: "Bildiyiniz kimi Ermənistanda seçkilərdən əvvəl vəziyyət ölkə başçısı üçün heç də ürəkaçan deyil. Kiçik bir qələbə ilə o xalqın rəğbətini qazanmaq istəyir. Lakin, bu ona müyəssər olmadı. Sarksyan artıq bir neçə aydır ki, bizim səbrimiz ilə oynayır. Açıq – aşkar güzəştə getməyəcəyini bəyan edir. Biz yaxşı başa düşürük ki, yaxın vaxtlardakı seçkilər öncəsi o, başqa ritorika ilə çıxış edə bilməz. Erməni xalqına yalan vədlər verməklə məşğuldur.
Düşmən Xocavənd – Fuzuli istiqamətində ordumuzun mövqelərinə hücum edərək strateji məntəqələri tutmağa cəhd edib. Xoşbəxtlikdən ordumuzun qətiyyəti nəticəsində erməni tərəfi 1 mm tormaq belə zəbt edə bilməyib.
Azərbaycan ordusu İrəvana qədər getməyə qadirdir. Sarksyan kimlərəsə arxalanıb odla oynayır. Həlak olan şəhidlərimizə Allah rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB