Baş nazirin müavini: "Xocalı ilə bağlı səsləndirilən təkliflərə müsbət yanaşmaq olar"

Baş nazirin müavini: "Xocalı ilə bağlı səsləndirilən təkliflərə müsbət yanaşmaq olar"

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Milli Məclisin dünənki iclasında səslənləndirilən Xocalı muzeyinin yaradılması, eləcə də Şəhidlər Xiyabanında bu soyqırımla əlaqəli abidənin qoyulmasına münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi və bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar: "Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz ondan ibarətdir ki, Xocalı unudulmasın və təbii ki, unudulmur. Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin haqqında cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırım olaraq tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə