"Donald Tramp hələ prezident seçilməmişdən əvvəl də deyirdi ki, ABŞ-ın xarici siyasətində dəyişikliklər edəcək. Bu, lazımsız müharibələrə yardım etmək siyasətindən əl çəkmək və xarici təhlükələri dəf etməklə ABŞ-ın iqtisadiyyatının inkişaf etdirəcəyindən ibarət idi". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Koreya Xalq Demokatik Respublikası (KXDR) isə ABŞ üçün həmişə təhlükə hesab olunur və Tramp da şərq ölkələrini bu mübarizədə birləşməyə çağırır: "Bu günlərdə KXDR-in kontenentlər arası uzun mənzilli balistik raketin sınaqdan keçirməsi və nüvə potensialının olması ABŞ-ın narahatlığını artırıb. Artıq son sınaqdan keçirilən ballistik raket lazım olanda KXDR-ə ABŞ-ı vurmaq imkanını yaradır. Kim Çen In KXDR- i şərqin hərbi derjavası adlandırır və dünyaya meydan oxuyur. Həm də onun ölkədə məxfi şəkildə hərbi potensialının artırmasını ABŞ qəbul edə bilmir. Yaponiyanın Baş naziri Abenin ABŞ-a səfəri zamanı da Tramp Yaponiyanı tam şəkildə dəstəklədiyini və KXDR-ə qarşı həmrəy olduğunu bildirib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB