Politoloq: “ABŞ raket əleyhinə sistemlərin quraşdırılmasına razılıq əldə edib” AÇIQLAMA
"Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp öz "twitter" səhifəsində Şimali Koreyanın nüvə potensialını artırmağa imkan verməyəcəyi barədə şərh yazıb. Bu yaxınlarda Şimali Koreya bəyan etmişdi ki, onlar ABŞ –a qədər uça biləcək uzaq mənzilli raketlərin istehsalının tamamlama ərəfəsindədirlər. 2016-cı ilin noyabr ayında BMT nin Təhlükəsizlik Şurası tərəfindən nüvə sınaqları keçirməsi səbəbindən Şimali Koreyaya qarşı sanksiyalar tətbiq etmişdi". Bunu SİA-ya açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Onun sözlərinə görə, Şimali Koreyaya energetika sahəsində və humanitar yardımlar qarşılığında nüvə proqramını dayandırmaq təklifini rədd etdiyinə görə 2006-cı ildə bu ölkəyə qarşı sanksiyalar tətbiq edilsə də Pxeynaynın öz məqsədlərindən çəkinmədiyi görünür: "Donald Tramp həmçinin Cənubi Koreya lideri ilə danışıqları zamanı Şimali Koreyaya qarşı mübrizədə ona dəstək olacağını bildirib və iki ölkə arasındakı münasibətlərin daha da istiləşməsi istiqamətində çalışacağını qeyd edib. Şimli Koreya və Çin Xalq Respublikasının etirazlarına baxmayaraq ABŞ Cənubi Koreyada raket əleyhinə sistemlərinin quraşdırılmasına başlayacağı barədə razılıq əldə edib. Bu da ABŞ-a Çin və Koreyanı tam nəzarətdə saxlamağa imkan verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB