Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimatı keçirilir YENİLƏNİR

Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimatı keçirilir YENİLƏNİR

Parlamentdə Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçirilir. SİA-nın xəbərinə görə, toplantı layihə çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatına həsr olunur.

Qanun layihəsini Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov təqdim edəcək.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini Bahar Muradova, baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev millət vəkilləri, aidiyyatı dövlət qurumları, hüquq mühafizə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə