Belçika ordusu Litvaya DAXİL OLDU

Belçika həbrçiləri Litvada yaradılan NATO taqımında hərbi xidmət keçmək üçün bu ölkəyə gəliblər. SİA xəbər verir ki, bu barədə Delfi informasiya saytı qeyd edib. Belə ki, Litva ordusunun ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi, kapitan Andryus Dildanın dediyinə görə, belçikalıların loqistik taborunun timsalında bu ölkəyə 30 belçikalı hərbçi gəlib.

Sabah isə növbəti həbrçilərin Litvaya ayaq basacaqları gözlənilir. Belçikalı həbrçilər NATO taqımında Almaniya hərbi birləşmələrinin rəhbərliyi altında hərbi xidmət keçəcəklər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə