Politoloq: "Sərəncam hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir” AÇIQLAMA

Politoloq: "Sərəncam hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir” AÇIQLAMA

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bir başlanğıc, eyni zamanda hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ötən ilin aprel ayında Azərbaycan Ordusunu qələbəsi nəticəsində geri qaytarıldığını xatırladan politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncam tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına hesablanıb: "Sərəncama əsasən həmin ərazidə abadlaşma işləri həyata keçiriləcək, təhlükəsizlik təmin ediləcək ki, əvvəllər orada yaşayan insanlar yenidən torpaqlarına qayıdaraq yüksək şəraitdə yaşaya bilsinlər".

Politoloq qeyd edib ki, sərəncam bir daha onu sübut edir ki, Azərbaycan bundan sonra da azad olunan hər bir kəndə, rayona yardımlar edəcək, orada yaşayan insanların həyat şəraiti əvvəlkindən də yaxşı olacaq, və təhlükəsizlik yüksək səviyyədə qorunacaq: "Bu siyasət bundan sonra da davamlı olacaq. Ölkə başçısının sərəncamını bir başlanğıc, ilk addım kimi qiymətləndirmək olar. Hazırki şəraitdə imzalanan sərəncam çox mühüm və vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə