Türkiyədə fəaliyyət göstərən Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsi zamanı həlak olan şəhidlərin xatirəsinə həsr olunmuş ‘‘Qanlı və şanlı Yanvar" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, təşkilatın ofisində keçirilən tədbirdə Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin mərhələləri və 20 Yanvar gecəsi baş verən hadisələrlə bağlı geniş çıxış edib. S.Yaquboğlu bildirib ki, bu hadisələr azərbaycanlıların tarixi torpaqlarında ermənilərin sistemli şəkildə yerləşdirilməsi, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Sovet İttifaqının hələ 1988-ci ildən planlaşdırdığı strategiyanın tərkib hissəsidir.
Qeyd olunub ki, bütün bunlara qarşı Azərbaycanda başlayan etiraz dalğasını, müstəqillik uğrunda aparılan mübarizəni dayandırmaq, azərbaycanlıları susdurmaq məqsədilə Sovet İttifaqının rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xüsusi təyinatlıların da daxil olduğu ordunu dinc əhalinin üzərinə yeridib. Amma 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik iradəsini və milli-azadlıq ruhunu qıra bilməyib. Aparılan mübarəzini nəticəsi olara bri il sonra Azərbaycan öz müstəqilliyini elan edib.
Anım tədbirində Eskişehir Azərbaycanlılar Dərnəyinin üzvləri, bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar, yerli ictimaiyyətin təmsilçiləri iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB