Yavər Camalov nümayəndə heyətini qəbul edib

Yavər Camalov nümayəndə heyətini qəbul edib

Yanvarın 16-da müdafiə sənayesi naziri Yavər Camalov İtaliyanın "Gruppo Leonardo-Finmeccanica" şirkətinin baş direktoru MauroMorettinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın verdiyi məlumata görə, nazir Yavər Camalov nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı mümkün əməkdaşlıq sahələrinə dair müzakirələr aparılıb.

Mauro Moretti səmimi qəbula görə minnətdarlığını bildirib.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Giampaolo Cutillo da iştirak edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə