Con Kerri siyasi karyerasını başa vurur

Con Kerri siyasi karyerasını başa vurur

ABŞ dövlət katibi Con Kerri bu il yanvarın 20-də istefaya getdikdən sonra siyasi karyerasını başa vuracağını bildirib. O, Vaşinqtonda keçirilən mətbuat konfransında qeyd edib ki, dövlət qulluğunda karyerası başa çatıb.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, 73 yaşlı Con Kerri 2013-cü ilin fevralından dövlət katibi vəzifəsini tutur. O, Prezident Barak Obama administrasiyası ilə birgə istefaya gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə