"Ermənistan həm cəbhədə, həm də ideoloji cəhətdən təxribatla məşğuldur". Bunu SİA-ya politoloq Fikrət Sadıqov cəbhədə baş verənlərə münasibət bildirərkən deyib.
O bildirib ki, cəbhədə baş verənlər, eləcə də düşmən ölkənin danışıqlara getməməsi Ermənistana edilən təzyiqlərlə bağlıdır: "Ermənilər onlara qarşı təzyiqlərin olduğunu çox yaxşı bilir. Xatırlayırsınızsa, Hamburq görüşündə belə Minsk qrupu həmsədrləri bəyanat verərək bildirdilər ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Bunun özü siyasi təzyiqdir".
Politoloqun sözlərinə görə, Ermənistan tərəfi faktiki şəraitdə hər hansı addım atmaqdan çəkinir: "Düşmən ölkə rəhbərliyi faktiki olaraq daxili vəziyyətini nəzərə alaraq başa düşür ki, atılan addımlar Sarkisyanın postunu itirməsilə nəticələnə bilər. Çünki, onun ətrafında olan tərəfdarları belə ona xəyanət edir. Onlar başa düşürlər ki, vəziyyət əbədi olaraq belə davam edə bilməz və hansısa çıxış yolu olmalıdır".
F. Sadıqov qeyd edib ki, Ermənistanın hüququ müdafiəçilərinin Azərbaycana qaçıb gəlməsi düşmən ölkənin daha da sərt mövqedə dayanmağa təhrik edir: "Lakin bu, müvəqqəti haldır. Çünki Ermənistanın həm daxili həm də beynəlxalq vəziyyəti çox ağırdır. Hazırda Ermənistanın yeganə mütəffiqi Rusiyadır. Lakin Rusiya da başa düşür ki, Azərbaycanın strateji partnyoru olaraq ölkəmizlə münasibətlərini inkişaf etdirmək onun üçün daha faydalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB