Böyük Brtitaniya hökuməti ABŞ-ın fəaliyyətdə olan administrasiyasının İsrailə ünvanlanmış tənqidlərini bölüşmür. Belə ki, Böyük Britaniyanın baş naziri Tereza Meyə yaxın olan rəsmilər də bildiriblər ki, rəsmi London ABŞ-ın dövlət katibi Con Kerrinin İsrailin baş naziri Benyamin Netanyahunun kabinetini "tarixin ən ultrasağçı siyasi dairəsi" kimi qiymətləndirməsi fikri ilə razı deyillər.
"Biz, demokratik seçkilər yolu ilə seçilmiş müttəfiq ölkənin hökumətinin bu qədər hücuma məruz qalmasını doğru qərar hesab etmirik. Hökumət hesab edir ki, Fələstin-İsrail danışıqları yalnız o halda uğurla başa çata bilər ki, beynəlxalq ictimaiyyətin də dəstəklədiyi hər iki tərəf öz aralarında razılığa gəlsinlər", - deyə Britaniyanın baş nazir kanselyariyasının əməkdaşlı bildirib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB