Politoloq: “Bizim kiminsə məsləhətinə ehtiyacımız yoxdur” AÇIQLAMA

Politoloq: “Bizim kiminsə məsləhətinə ehtiyacımız yoxdur” AÇIQLAMA

"Çox təəsüflər olsun ki, özünü islam dövləti adlandıran və sözdə müsəlmanların qayğıkeşi funksiyasını öz üzərinə götürən İran İslam Respublikası praktikada ikili standartlardan çıxış edir. Guya ki, Fələstinə görə İsrail ilə hər hansı münasibətlərdən qaçan İran, öz qonşusu Azərbaycan torpaqlarını işğal edən, Xocalı soyqırımı törədən ermənilərlə sıx təmaslarını davam etdirməkdədir. Əslində, Azərbaycan dövlətinin İranın daxili və xarici siyasətinə qarışmaq kimi məqsədi heç vaxt olmayıb". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə milli maraqlar hər şeydən üstündür: "Etiraf etmək lazımdır ki, bugün İrəvan və Tehranı birləşdirən çoxlu amillər var. Bu amillərin hamısı məhz siyasi məsələlər ilə bağlıdır. Geosiyasətdə Azərbaycan – Türkiyə ikiliyinə qarşı Ermənistan – İran ikiliyinin çıxış etməsi heç kimə sirr deyil. Ruhaninin "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur" bəyanatı İranın necə saxtakar dini dövlət olmasının bariz nümunəsidir. İran tərəfindən torpaqlarını itirmiş Bakıya qarşı belə bir şərtin qoyulması qeyri - etikdir. Azərbaycan əlinə düşəcək ilk fürsətdə torpaqlarını işğaldan azad edəcək və bizim kiminsə məsləhətinə ehtiyyacımız yoxdur".

İqtisadi məsələlərə gəldikdə isə politoloq əlavə edib ki, bu iki dövlət arasında heç bir iqtisadi hər hansı mega layihədən söhbət gedə bilməz: "Hazırkı şəraitdə ermənilərin istəməsinə baxmayaraq İran bu dövlətə investiyası qoymaq fikrində deyil. Lakin, eyni zamanda biz İran – Azərbaycan iqtisadi əlaqələrinin daha da genişlənməsinin şahidiyik. Tezliklə Şimal – Cənub lahiyəsinin reallaşmasının şahidi olacayıq. İran yaddan çıxartmamalıdır ki, Azərbaycan bəyan etdiyi mehriban qonşuluq siyasətini sübut edərək ABŞ – İran, Qərb – İran münasibətlərində regionu qərbin siyasi, hərbi poliqonuna çevirmədi".

Bütün xəbərlər Facebook səhifəmizdə