ABŞ-ın Türkiyədəki səfirliyi və Konsulluq şöbəsi bu gün bağlı olacaq. SİA-nın məlumatına görə, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
Qeyd edək ki, dünən Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib. Daha sonra isə naməlum şəxs Ankarada ABŞ səfirliyi qarşısında atəş açıb. İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB