Deputat Levon Ter-Petrosyanın dediklərinə münasibət bildirdi MÜNASİBƏT
"Neçə gündür ki, erməni mediası Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresinin ikinci qurultayındakı çıxışından yazır. Ermənistanın eks-prezidentinin o çıxışında bizim üçün də düşündürücü və həm də ağrılı sayılacaq xeyli faktlar var. İkinciyə toxunmayacam. Hazırlıqlı adamlar onun çıxışı ilə tanış olarkən "ağrılı faktlar" deyilərkən nəyin nəzrədə tutulduğunu və nə üçün onlara toxunulmadığını anlayacaqlar. Amma Ermənistana rəhbərlik etmiş və edənlərin içinin ən intellektlisi, ağıllısı, elə həm də uzaqgörəni olan bu adamın dediklərinə diqqət yetirilməsini istənilən halda önəmli sayıram. Baxın, Levon Ter-Petrosyan nə deyir? Deyir ki, ermənilər ötən əsrin 20-ci illərində yeni yaratdıqları dövlətin sərhədlərini maksimum genişləndirməyə çalışdılar, amma nəticədə öz torpaqlarının təxminən yarısının itirilməsi reallığıyla üz-üzə qaldılar. Onun fikrincə, indi də belə bir vəziyyətlə üzləşə bilərlər". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev "facebook" sosial şəbəkəsindəki statusunda belə yazıb.
Onun sözlərinə görə, "yarısı itirilən" ermənilərin Qərbi Ermənistan adlandırdıqları Türkiyə topraqlarıdır: "Bu aydındır. Ancaq Pertosyanın çıxışında ən önəmlisi birincisi, ötən əsrin 20-ci illərində ermənilərin öz dövlət sərhədlərini genişəndirdikləri haqda dedikləridir. Bununla o da etiraf edir ki, ötən əsrin əvvəllərində onlar Azərbaycan torpaqlarını qəsb etmək yolu ilə öz sərhədlərini genişləndiriblər. İkinici önəmli məsələ Ermənistanın eks-prezidentinin dövlət sərhədlərini yenə də Azərbaycanın hesabına genişləndirməyə çalışdıqlarını və bunun da yeni itkilərə aparıb çıxara biləcəyini vurğulamasıdır.
"Yeni itkilər" deyilərkən söhbət nədən gedir? Levon Ter-Petrosyanın çıxışının məntiqindən belə anlaşılır ki, o, Qarabağın hesabına sərhədlərini genişləndirməyə çalışan Ermənistanın gələcəkdə Qərbi Azərbaycan torpaqlarını da boşaltmaq perspektivi ilə üzləşəcəyindən əndişələnir".
Xatırladaq ki, Levon Ter-Petrosyan sözü gedən çıxışında "səmərəli düşünən dövlət xadimi" adlandırdığı Azərbaycan Prezidenti cənab İlham Əliyev bizim həmin torpaqlara qayıdacağımızı dəfələrlə vurğulayıb. Görünür, Ermənistanın eks-prezidenti bunun mümkünlüyünün fərqindədir. Onun fərqində olduğu başqa bir məsələ isə Sərkisyan rejiminin "ordu millət" yaratmaq niyyətinin öz başlarında çatlayacağı haqda dedikləridir ki, növbəti statusda buna da toxunacam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB