Ohayo cinayətkarının kimliyi açıqlandı FOTO

Ohayo cinayətkarının kimliyi açıqlandı FOTO

ABŞ-ın Ohayo ştatında dövlət universitetinə hücum edən şəxsin kimliyi məlum olub. O, Somalidən olan qaçqın Abdul Rəzzaq Əli Artandır. SİA xəbər verir ki, bu barədə BBC News şəhər administrasiyasının məlumatına əsasən yazıb.

18 yaşlı Əli Artan tələbə şəhərciyinin ərazisində insanların üzərinə avtomobil sürüb və sonra avtomobili tərk edib, onlara qarşı soyuq silahdan istifadə edib. Somalili gəncin qarşısını Alan Xorujko adlı polis nəfəri ona qarşı silah işlədərək alıb. Daha sonra isə hücum edən şəxsin də adıçəkilən universitetin tələbəsi olduğu müəyyənləşib.

Polisin versiyasına görə, hadisəni terror aktı kimi qeydə almaq lazımdır. Artıq istintaqa Federal Araşdırmalar Bürosu da qatılıb.

Hücum nəticəsində 11 nəfər zərər çəkib, onlardan bir nəfərinin vəziyyəti kritik dərəcədə ağırdır.

Qeyd olunur ki, Əli Artan ABŞ-da iki il öncə yaşamaq hüququ alıb. O, 2007-ci ildə Somalidən Pakistana köçüb və ABŞ-a köçənədək orada yaşayıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə