Dövlət başçısı: "İşğalçını işğaldan əl çəkməyə məcbur etmək üçün mexanizm yoxdur"
"Oktyabr ayında Roma Papası Fransis Azərbaycana səfər etdi və dini icmaların rəhbərləri ilə görüşdü. Roma Papası Bakıda dinlərarası dialoqdan danışdı. Bu, bizim əlldə etdiyimiz nəticədir". SİA-nın xəbərinə görə , bunu bu gün Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, bu gün dünyada dini, etnik toqquşmaları görürük: "Bu, bizi narahat edir. Ona görə də biz öz multukulturalizm siyasətimizi irəli sürmüşük. Biz əməkdaşlığın tərəfdarıyıq. Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri öllkəmizdə sülh, anlaşma şəraitində yaşayır. Biz istərdik ki, regionda və dünyada da bu sahədə müsbət inkişaf getsin".
Azərbaycan prezidenti söyləyib ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır: "Sovet dövründə Azərbaycanın muxtar vilayəti olan Dağlıq Qarabağ və 7 rayon işğal edilib, 1 milyondan çox azərbaycxanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan tərəfindən etnik təmizlənmə aparılıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində işğalçı erməni qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması tələbi qoyulub. Ancaq Ermənistan bu tələblərə məhəl qoymur. Təhlükəsizlik Şurasının qətnamələrinin icrası ilə bağlı mezanizmlərə baxılmalıdır. Bir çox hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçiriliir, bəzi qətnamələrrin icrası isə illərlə çəkir. İslam Əməklaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa strukturları da oxşar qərarlar qəbul ediib. İşğal olunmuş ərazilərdə məscidlər, abidələr dağıdılıb. ATƏT-in göndərdiyi iki faktlaşdırıcı missiyaların hesabatları da bunu göstərir. Bakıda erməni kilsəsi qorunur. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Çünki Azərbaycanın ərazi bütövlüyünün dəyəri digər ölkələrin ərazi bütövlüyü dəyəri ilə bağlıdır. Kçmiş sovet məkanında münaqişələrin ərazi bütbövlüyü çərçivəsində həlli prinsipi Dağlıq Qarabağ münaqişəsinə də tətbiq edilməlidir. İşğalçını işğaldan əl çəkməyə məcbur etmək üçün mexanizm yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB